Sosial şəbəkədə biz:
Müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb
Xəbər Şəkli

Müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb

20 November 2025, 08:36
Kriminal

Sabunçu Rayon Məhkəməsində müğənni Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Məhkəmə vəsatəti təmin edib.

Rəqsanə İsmayılova zərərçəkmiş şəxsə dəymiş ziyanın bir hissəsini ödəməklə və tərəflər arasında qarşılıqlı razılaşma əsasında ev dustaqlığına buraxılıb.

Rəqsanə İsmayılova barəsində avqustun 16-da 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O dələduzluqda ittiham olunur.

İddiaya görə o, iki nəfərin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu ələ keçirib.