Sosial şəbəkədə biz:
“25 il işlədim, artıq bəsdir”
Xəbər Şəkli

“25 il işlədim, artıq bəsdir”

28 May 2026, 00:32
Mədəniyyət

Azərbaycan Milli Konservatoriyasının keçmiş rektoru, Xalq artisti Siyavuş Kərimi "Xəzər axşamı" verilişində qonaq olub.

O, təqaüddə olduğu üçün yaradıcılıqla məşğul olduğunu bildirib:

“İşlərim çox gözəl gedir. Bu gözəllik ondadır ki, artıq təqaüddəyəm. Çox rahatam, yaradıcılıqla tam məşğul ola bilirəm. Bitdikdən sonra məlumat verəcəyəm, hələ ki, iş prosesi gedir. Rahatçılıq ondadır ki, 25 il işlədim, artıq bəsdir”.

Qeyd edək ki, Siyavuş Kərimi 2024-cü ilin noyabrında Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib.

 Axsam.az