“Kimsə desə ki, Qarabağ və ya Vətən müharibəsi haqqında bədii film çıxıb, gedib baxaq, mənə maraqlı gələr, qəhrəmanımız qorxacaqmı? Həmkarlarımızın çoxu deyir ki, mən obrazı qorxaq göstərə bilmərəm. Deyirəm, axı qulağının dibində güllələr vıyıldayır, hər an ölə bilər. Bir anlıq da olsa, qorxmur?”
Bunu aktyor, ssenarist Azər Aydəmir “AStar” yutub proqramında deyib.
Onun sözlərinə görə, müharibə haqqında əsl filmlər çəkilməsini arzu edir: pizza
“Bu, çox mübahisəli məsələdir. Elə bir mövzudur ki, daşlar öz yerinə oturmalıdır. İkinci Dünya müharibəsi haqqında 90-cı illərdə çox gözəl filmlər çəkilib. İstərdim ki, nə vaxtsa həqiqi müharibə haqqında film çəkək.
Birinci Qarabağ müharibəsi haqqında maraqlı filmlər çəkilib. Mənim ən sevdiyim film rejissor Yavər Rzayevin “Sarı gəlin” filmidir. Çox gözəl yanaşmadır, amma kino camiəsi ona bir az məsafəli yanaşır”.