Sosial şəbəkədə biz:
Ayaz Salayev: “Kinomuzun bugünkü vəziyyətini...”
Xəbər Şəkli

Ayaz Salayev: “Kinomuzun bugünkü vəziyyətini...”

02 August 2025, 12:27
Mədəniyyət

Bu gün - 2 avqust Azərbaycan Kinosu Günüdür. 

Bu münasibətlə milli kino sənətimizin yaranmasının 127-ci ildönümü qeyd olunur. 

1898-ci ilin məhz bu günündə Bakıda ilk dəfə kinematoqraf nümayiş etdirilib. Bu hadisə ilə Azərbaycanda kino tarixinin əsası qoyulub.

O vaxtdan bəri milli kinomuz zəngin ənənələrə, yaddaqalan filmlərə və tanınmış sənətkarlar nəslinə sahib olub.

Azərbaycan kinosunun hazırkı vəziyyəti ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında kinorejissor, kinoşünas və ssenarist, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev Azərbaycan kinosunu hazırkı vəziyyəti dəyərləndirmək istəmədiyini bildirib:

“Mən daha çox gələcək haqqında düşünürəm. Kinomuzun bugünkü vəziyyətini şərh etmək istəmirəm, çünki diqqətimi gələcəyə yönəltmişəm. Yalnız o haqda düşünürəm. 

Amma gələcək barədə də hələ heç nə deyə bilmərəm. Düşünürəm ki, necə olmalıdır, kino hansı istiqamətdə