Sosial şəbəkədə biz:
Prezident Afaq Bəşirqızı ilə bağlı sərəncam İMZALADI
Xəbər Şəkli

Prezident Afaq Bəşirqızı ilə bağlı sərəncam İMZALADI

14 August 2025, 16:03
Mədəniyyət

Xalq artisti Afaq Bəşir qızı Səfərova (Bəşirqızı) “Şərəf” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

O, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, avqustun 15-də Xalq artistinin 70 yaşı tamam olur.