Sosial şəbəkədə biz:
Tolikdən sərt xəbərdarlıq: “İndidən hər kəs bilsin...”
Xəbər Şəkli

Tolikdən sərt xəbərdarlıq: “İndidən hər kəs bilsin...”

20 April 2026, 10:46
Mədəniyyət

Aparıcı Tarix Əliyev (Tolik) saytlar və sosial media səhifələrinin adminlərinə müraciət edib.

O, “YouTube” platformasında yayımladığı “Səmimi” verilişindən materiallar götürüb, istinad etməyən hər kəs barədə rəsmi şəkildə şikayət edəcəyini bildirib.

Tolik paylaşımında yazıb:

“Açıq şəkildə bildirirəm. Mənim “Səmimi” verilişimdən hər hansı sayt və ya “Instagram” səhifəsi material götürürsə, mütləq istinad göstərməlidir. Əks halda, heç bir xəbərdarlıq etmədən həmin səhifə barədə rəsmi şikayət ediləcək. Bu veriliş mənim rəsmi layihəmdir və bütün hüquqları mənə məxsusdur. İndidən hər kəs bilsin”.

Tarix Əliyev “Space” TV-də “Tarixin bir günü” verilişinin aparıcısı idi. Veriliş bağlandıqdan sonra o, uzun müddət yutubda yayımlanan “Səmimi” proqramını "dirildib". Aparıcı hələlik televiziyalara qayıtmaq haqqında düşünmədiyini də deyib. yenisabah