Sosial şəbəkədə biz:

Üzeyir: “Xahiş edirəm, bir-birimizin əlinə-ayağına dolaşmayaq”

Üzeyir: “Xahiş edirəm, bir-birimizin əlinə-ayağına dolaşmayaq”
Xəbər Şəkli
21 September 2026, 07:56
Mədəniyyət

“Məni izləmək, dinləmək istəməyənlərdən bir xahişim var, dinləmirsinizsə, izləmirsinizsə, qarşınıza çıxsam da, üzərindən keçin”.

Bunu müğənni Üzeyir Mehdizadə Xalq artisti Alim Qasımovla oxuduğu duetə reaksiyalara münasibət bildirərkən deyib.

“Bizim zəhmətimizə də, öz zamanınıza da dəyər verin. Nəyi dinləmək və izləmək istəyirsinizsə, ora vaxtınızı ayırın. İcazə verin, dinləmək istəyən rahat dinləsin, bir-birimizin əlinə-ayağına dolaşmayaq. Son dönəmlər başa düşdüm ki, məsələ ifalarımla bağlı deyil, uğurlarımla bağlı imiş. Allah hamının işini avand eləsin, uğurlarınız davamlı olsun”, - Ü.Mehdizadə qeyd edib.