Sosial şəbəkədə biz:
10 aya mayor rütbəsindən general-mayora qədər - Ölkənin ən gənc generalı
Xəbər Şəkli

10 aya mayor rütbəsindən general-mayora qədər - Ölkənin ən gənc generalı

30 January 2026, 16:16
Siyasət

Dövlət Gömrük Komitəsinin general-mayor ali xüsusi rütbəsi verilən 34 yaşlı əməkdaşı  barəsində maraqlı məlumatlar yayılıb.

“Unikal” xəbər verir ki, F.Məmmədov 2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. Həmin vaxt o, gömrük xidməti mayoru rütbəsi daşıyırdı. Cəmi 10 ay sonra isə F.Məmmədov artıq general-mayor oldu.

Hazırda Azərbaycanın vəzifədə olan ən gənc generalı olan Fuad Məmmədovun atasının müəllim olduğu bildirilib.

Onun atasının bp-nin vitse-prezidenti olmasına dair iddialar olsa da, bu, təsdiqini tapmayıb.