Sosial şəbəkədə biz:
Antiazərbaycan qüvvələrin hər cür məkrli niyyətlərinin qarşısı alınacaq - DEPUTAT
Xəbər Şəkli

Antiazərbaycan qüvvələrin hər cür məkrli niyyətlərinin qarşısı alınacaq - DEPUTAT

13 February 2026, 12:04
Siyasət

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti yaydığı açıqlama təsdiq edir ki, xaricdən gələn tapşırıqları icra edən Ramiz Mehdiyev və onun əlatıları olan Əli Kərimli və dəstəsi artıq ifşa olunub, istintaq qarşısında cavab verirlər. Ölkəmizdə stabilliyin qorunması möhkəm əllərdədir və “beşinci kolon” adlandırılan xəyanət şəbəkəsinin gizli əməlləri cəzasız qalmayacaq.

2013-cü ildə prezident seçkiləri ərəfəsində yaradılan anti-milli “şuralar”ın məqsədi Azərbaycanı yenidən anarxiyaya sürükləmək və Ramiz Mehdiyevin 2003-cü ildə yarımçıq qalmış xüsusi planını reallaşdırmaq idi. Güclü Azərbaycan hakimiyyəti və möhkəm xalq-iqtidar birliyi məhz həmin məkirli planların reallaşmasına imkan vermədi və anti-milli qüvvələr əmin olunslar ki, gələcəkdə də istənilən belə addımların qarşısı qətiyyətlə alınacaq.

Ərazi bütövlüyü və suverenliyi tam bərpa etmiş Azərbaycan daha güclüdür və ölkəmizdə ictimai-siyasi stabilliyə nəzarət möhkəm əllərdədir. Əlaltılar unudurlar ki, Azərbaycan AXC-Musavat qrupunun səriştəsiz idarəetməsi nəticəsində tənəzzülə uğrayan ötən əsrin 90-cı illərinin əvvəllərindəki ölkə deyil. Azərbaycan rəhbərliyi istər daxili, istərsə də xarici antiazərbaycan qüvvələrin hər cür məkrli niyyətlərinin qarşısını almağa qadirdir və hər zaman da alacaq.

Vüqar Bayramov, millət vəkili