Sosial şəbəkədə biz:
"Axios": Azərbaycan Sülh Sammitinə dəvət olunub
Xəbər Şəkli

"Axios": Azərbaycan Sülh Sammitinə dəvət olunub

12 October 2025, 09:13
Siyasət

Azərbaycan Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində baş tutacaq "Sülh Sammiti"nə dəvət olunub.


"Report"un məlumatına görə, bu barədə "Axios"un müxbiri Barak Ravid X sosial media platformasında paylaşım edib.


Onun sözlərinə görə, ölkələrə rəsmi dəvət ABŞ Dövlət Departamenti tərəfindən göndərilib.


"ABŞ Dövlət Departamenti bu gün bazar ertəsi Şarm əl-Şeyxdə baş tutacaq Qəzza Liderlərinin Sammitinə rəsmi dəvət göndərib. ABŞ İspaniya, Yaponiya, Azərbaycan, Ermənistan, Macarıstan, Hindistan, Salvador, Kipr, Yunanıstan, Bəhreyn, Küveyt və Kanadanı əlavə edərək, dəvət olunanların siyahısını xeyli genişləndirib", - jurnalist qeyd edib.


Üstəlik, Ravidin sözlərinə görə, İran tərəfi dəvət alsa da, İsrail almayıb.