Sosial şəbəkədə biz:
Azərbaycan bu sahələrdə Ermənistanla əməkdaşlıq etməyəcək
Xəbər Şəkli

Azərbaycan bu sahələrdə Ermənistanla əməkdaşlıq etməyəcək

26 December 2025, 17:33
Siyasət

Azərbaycan Ermənistan əlaqələri bərpa olmayıb, bunu sıfırdan yaradırıq. Ermənistan tərəfi neft məhsulları satmağımızı təklif etdi, biz də müzakirə edib razılıq verdik”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O söyləyib ki, digər sahələrdə də ticari əlaqələrin yaranması istisna deyil.

“Hərbi-texniki sahə istisna edilməklə digər sahələrdə ticarət əlaqələri mümkündür. İndiyə qədər ticarət əlaqələri olmadığı üçün məsələnjn siyasi, psixoloji elementlərinə baxaraq qərar qəbul oluna bilər. Ermənistanda Azərbaycan məhsullarını almamaqla bağlı çağırışlar da eşidirik”, - XİN başçısı vurğulayıb.