Azərbaycan səyahət üçün təhlükəsiz ölkələr sırasında
Azərbaycan səyahət üçün dünyanın ən təhlükəsiz ölkələri sırasında yer alır.
Bu barədə “World Travel İndex”in reytinq cədvəlində qeyd edilib.
Belə ki, sözügedən sıralama səyahət təhlükəsizliyi ən yaxşı olan ölkələri təklif edir.
Azərbaycan da məhz səyahət təhlükəsizliyinə görə 193 ölkə arasında 41-ci yerdə qərarlaşıb./Qafqazinfo