“Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa yaxındır” – Ərdoğan
“Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa həmişə olduğundan daha yaxındır”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan XVI səfirlər konfransında bildirib.
O, Türkiyənin bu prosesə paralel olaraq Azərbaycanla dialoq çərçivəsində Ermənistanla normallaşma prosesini inkişaf etdirdiyini bildirib.
Türkiyə Prezidenti gələn ilin əvvəlindən etibarən bu istiqamətdə bəzi simvolik addımların atılacağını əlavə edib.