Azərbaycanda 12 mindən çox şəxs amnistiyaya düşüb, amma...
Amnistiya aktı icra olunduğu vaxtdan (dekabrın 22-dən) bu gün, yanvarın 26-dək 12 min 336 şəxsə tətbiq edilib.
Ədliyyə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 4 min 977 şəxs azadlıqdan məhrumetmə cəzasından azad edilib: "Vətən müharibəsində (İkinci Qarabağ müharibəsi) iştirak etdiyinə görə 13 nəfər və Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə 13 nəfər də cəzadan azad olunanlar arasında yer alıb... Amnistiya aktının icrası davam edir".
Ümumilikdə Amnistiya aktın 18 min civarında şəxsə şamil ediləcəyi gözlənir.