“Azərbaycanda türk hərbi bazasına ehtiyac yoxdur” - DEPUTAT
Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılmasına ehtiyac olduğunu düşünmürəm.
Bu sözləri ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev deyib.
O bildirib: "Biz Türkiyə ilə qonşuyuq, ehtiyac olsa, Türkiyə çox asanlıqla Azərbaycana yardım edə bilər. Amma belə təşəbbüslərlə çıxış etməmişdən öncə öyrənməliyik ki, Türkiyə buna razı olarmı? pizza hut
Bu, təkcə bizdən asılı olan məsələ deyil. Rusiyanın etirazı Türkiyə - Rusiya münasibətlərinə ciddi ziyan vura bilər. Türkiyə buna hazırdırmı?
Biz indi Türkiyə ilə daha çox iqtisadi baxımdan inteqrasiya olunmalı, malların, işçi qüvvəsinin, kapitalın sərbəst hərəkət etdiyi ümumi bazar yaratmağa çalışmalıyıq. Azərbaycan regionun inkişafı və təhlükəsizliyi üçün "3+3" formatında əməkdaşlığa və inteqrasiyaya ciddi stimul verməlidir".