Sosial şəbəkədə biz:
 "Birbaşa Ramiz Mehdiyevin kurasiyasında püxtələşmiş Aydın Mirzəzadə 2025-ci ildə parlamentə düşə bilməzdi"
Xəbər Şəkli

"Birbaşa Ramiz Mehdiyevin kurasiyasında püxtələşmiş Aydın Mirzəzadə 2025-ci ildə parlamentə düşə bilməzdi"

15 October 2025, 13:01
Siyasət

Ramiz Mehdiyevin aqibəti aşağı-yuxarı bəlli idi. Qoca yaşında "itirməyə nəyim var" deyib qisas, revanş hissi ilə alışıb yanırdı. Ancaq 87 yaşlı fiziki cəhətdən tükənmiş "boz kardinal" sistemli, mütəşəkkil və ən ağır cinayəti, dövlət çevrilişini tək başına edə bilərdimi? 

Əlbətdə bu mümkün deyil. Adnan Əhmədzadədən tutmuş son seçilən parlamentin bir çox ezvlərinə qədər hamısı "DÖVLƏT ÇEVRİLİŞİ PLANI"nın tərkib hissəsi idi. Belə olmasaydı 1997–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsinin sektor müdiri vəzifələrində, birbaşa Ramiz Mehdiyevin kurasiyasında püxtələşmiş Aydın Mirzəzadə 2025-ci ildə parlamentə düşə bilməzdi. Bütün qurumlar, strukturlar bilirlər ki, Mingəçevir əhalisi bu adama dərin kin, nifrət bəsləyir, ən yaxşı halda 100-150 səs yığmaq gücünə malik idi. Ancaq Ramiz Mehdiyev bu dəfə də onu parlamentə salmağı bacardı. Görün 87 yaşlı qoca evində oturub hansı prosesləri idarə edirmiş. 

Bu sadəcə bir nümunədir. Mirzəzadələr bir deyil, iki deyil. Bu hələ başlanğıcdır. "Ağsaqqalın" bağında iclas edib, vəzifə bölgüləri şərəfinə "rumka" vuranların hamısı ifşa edilməli, ağır cəza verilməlidir. Detallar, təfərrüat istintaqın gedişində bəlli olacaq. Əminəm ki, hüquq mühavizə orqanları Ramiz Mehdiyevin dövlətə xəyanətdə əli olan  bütün komandasını ifşa edəcəkdir.

Bizə düşən isə bu və bu kimi proseslərdə dünyaya səs salan, ölkəmizi bütövləşdirən Ali Baş Komandanın yanında olmaqdır... 

Hələlik bu qədər...

Səbuhi Abbasov