Deputatdan islahatlara kölgə salmaq istəyən radikallara sərt cavab
Radikal və ya marginal siyasi qruplar tərəfindən iqtisadi və sosial sahədə fərqli açıqlamaları müşahidə edirik. Amma hər bir açıqlamanın bəlli metodologiyası olmalıdır. Azərbaycanda iqtisadi göstəricilər məhz təsdiqlənmiş metodologiya əsasında hesablanır. Sözsüz ki, bu kontekstdən əsas hədəf də növbəti dövrdə daha çox iş yerlərinin yaradılması, eyni zamanda özünüməşğulluq proqramı daxil olmaqla, bu sahədə dövlətin fəaliyyətinin gücləndirilməsindən ibarətdir. Təbii ki, heç bir halda uğurlara kölgə salmaq, sosial təminatın gücləndirilməsi və iqtisadi islahatların dərinləşməsi ilə bağlı həyata keçirilən fəaliyyətləri qaralamaq doğru deyil. Reallıq bundan ibarətdir ki, biz son illər iqtisadiyyatın daha ağardılması və iqtisadi islahatların daha da dərinləşməsini müşahidə edirik.
Azərbaycanda məşğulluğun dəstəklənməsi, eləcə də sosial təminat və müdafiə tədbirlərinin geniş həyata keçirilməsi siyasətin əsas istiqamətlərindəndir: “Bir tərəfdən məşğulluğun rəsmiləşdirilməsi, digər tərəfdən isə iş yerlərinin yaradılmasında özəl sektorun rolunun artırılması ilə bağlı tədbirlər genişlənib. Hazırda əmək müqaviləsi olan vətəndaşlarımızın sayı 1 milyon 800 minə yaxındır. Bunun 900 mindən artığı məhz özəl sektorda çalışan vətəndaşlarımızdır. Eyni zamanda işsizlik səviyyəsinin hesablanması ilə bağlı bəlli bir metodologiya var. Dövlət Statistika Komitəsi tərəfindən həmin metodologiya istifadə edilməklə işsizlik səviyyəsi hesablanıb. Xüsusən, etiraf etmək lazımdır ki, son illər işsizlik səviyyəsinin azaldılmasında özəl sektorun payının güclənməsi müşahidə olunur.
Vüqar Bayramov, millət vəkili