Əkin sahələri Azərbaycan tərəfində qaldı – erməni kəndində narazılıq artır
Ermənistanın Tavuş bölgəsində yerləşən Kirants kəndində sərhəd delimitasiyasından sonra yaranan vəziyyət müzakirə olunur.
Kənd sakinləri delimitasiya prosesindən iki il sonra kənd təsərrüfatı və gündəlik həyatla bağlı problemlərin artdığını bildiriblər.
Sakinlərin sözlərinə görə, əvvəllər kənddə təxminən 50 hektar sahədə buğda əkini aparılırdı. Bundan başqa, 10 hektardan çox tütün sahəsi və meyvə bağları mövcud idi. Lakin həmin ərazilərin bir hissəsi delimitasiyadan sonra Azərbaycan tərəfində qalıb.
Məlumata görə, bəzi əkin sahələri hazırda tampon zonasında yerləşir və onların istifadəsi əlavə çətinlik yaradır. Kənd təsərrüfatı texnikasının həmin ərazilərə daxil olması üçün xüsusi icazə tələb olunur.
Kənd sakinləri bildiriblər ki, Kirantsda uyğun texnika hər zaman olmadığından avadanlıqları qonşu kəndlərdən gətirməli olurlar.
Bu isə əlavə xərc və vaxt itkisinə səbəb olur.
Musavat.com