Sosial şəbəkədə biz:

Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur -Kobaxidze

Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur -Kobaxidze
Xəbər Şəkli
27 September 2026, 13:37
Siyasət

Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Xarici İşlər Nazirliyinin Kürmük məbədi ilə bağlı bəyanatını jurnalistlərə şərh edərkən deyib.

O, Gürcüstanın Azərbaycan hökuməti ilə münasibətlərdə heç bir gərginliyinin olmadığını bildirib.

“Azərbaycanla bizi dostluq münasibətləri birləşdirir. Bu dostluğun sayəsində biz istənilən məsələləri çox rahatlıqla müzakirə edə bilirik. Gürcüstan və Azərbaycanın hökumətləri arasında bütün məsələlər dostluq şəraitində müzakirə olunur”, – deyə İrakli Kobaxidze əlavə edib.