Sosial şəbəkədə biz:

Hüseyn Abdullayev və anası Azərbaycan hökumətinə qarşı iddiadan imtina etdi

Hüseyn Abdullayev və anası Azərbaycan hökumətinə qarşı iddiadan imtina etdi
Xəbər Şəkli
14 November 2026, 10:08
Siyasət

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hazırda həbsdə olan keçmiş deputat və iş adamı Hüseyn Abdullayevlə anası Zeynəb Abdullayevanın Azərbaycan hökumətinə qarşı şikayətləri üzrə icraata xitam verib.

12 noyabr 2026-cı il tarixdə açıqlanan qərara əsasən, ərizəçilərin şikayətlərini geri götürmək barədə ifadələri qəbul edildikdən sonra və “Abdullayev və Abdullayeva Azərbaycana qarşı” iş Məhkəmənin baxılacaq işlər siyahısından çıxarılıb.

Qeyd edək ki, Hüseyn Abdullayev və anası 14 aprel 2021-ci ildə AİHM-ə müraciət etmiş, şikayət 16 iyul 2024-cü ildə Azərbaycan hökumətinə kommunikasiya olunmuşdu.

Ərizəçilər şikayətlərində ədalətli məhkəmə araşdırması, ifadə azadlığı, mülkiyyət hüququ və Konvensiyanın 18-ci maddəsinin pozulduğunu iddia edirdilər. Onlar cinayət təqibinin ədalətliliyini, məhkəmənin müstəqilliyini, əmlaklarının müsadirəsini və cinayət təqibinin siyasi motivli olmasını mübahisələndirirdilər.

Lakin sonradan Hüseyn Abdullayev və Zeynəb Abdullayeva həmin iddialardan tamamilə imtina etmək qərarına gəliblər. Gununsesi.info