Sosial şəbəkədə biz:
İcra başçısının oğluna yüksək vəzifə verildi - DOSYE
Xəbər Şəkli

İcra başçısının oğluna yüksək vəzifə verildi - DOSYE

24 October 2025, 09:01
Siyasət

Dövlət Turizm Agentliyinə yeni Aparat rəhbəri təyin edilib.

Bu barədə agentliyin sədri Fuad Nağıyev əmr imzalayıb. 

Əmrə əsasən, Kənan Əliyev agentliyin Aparat rəhbəri vəzifəsinə gətirilib. 

Qeyd edək ki, Kənan Firdovsi oğlu Əliyev 20 yanvar 1993-cü ildə Bakı şəhərində anadan olub.

2009-cu ildə Qərb Universitetinin nəzdindəki orta məktəbi bitirib. 2011-2014-cü illərdə Mançester Universitetinin Biznes məktəbində bakalavr təhsili alıb.

2014-2015-ci illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində İnsan resurslarının idarə edilməsi üzrə magistr təhsili alıb.

2023–2024-cü illərdə İspaniya Krallığının Madrid şəhərində yerləşən İE Universitetinin Biznes məktəbində EMBA proqramı üzrə təhsil alaraq fərqlənmə diplomu ilə məzun olub.

2016–2017-ci illərdə SOCAR-ın İnsan Resursları Departamentində kadrlar üzrə mütəxəssis vəzifəsində çalışıb. 2017–2021-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsində məsləhətçi və aparıcı məsləhətçi vəzifələrində fəaliyyət göstərib.

2021–2022-ci illərdə Dövlət Turizm Agentliyinin Beynəlxalq əlaqələr şöbəsində sektor müdiri vəzifəsində çalışıb.

2022-ci ilin sentyabr ayından 2025-ci ilin avqust ayınadək Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (UN Tourism) İspaniya Krallığının Madrid şəhərində yerləşən Baş ofisində Bazar araşdırmaları və turizm məhsulları departamentində analitik vəzifəsində çalışıb.

2025-ci ilin oktyabr ayından Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri vəzifəsində çalışır.

İngilis, rus və ispan dillərində sərbəst danışır.

Qeyd edək ki, K.Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevin oğludur.