“İlham Əliyev və Nikol Paşinyan yaxşı liderlərdir” − Tramp
“Mən Kamboca-Tailand, Kosovo-Serbiya, Pakistan-Hindistan, İsrail-İran, Ermənistan-Azərbaycan şiddətli müharibələrini dayandırmışam”
Bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda çıxışı zamanı bildirib.
Ölkə başçısı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlərdir:
“Həqiqətən, iki yaxşı lider. Onların bildiyi tək şey mübarizə idi. Uzun illər mübarizə aparıblar. Amma biz hər şeyi olduqca tez həll etdik”.