Sosial şəbəkədə biz:
İlham Əliyevə bu rıçağı vermək olmaz - “Sepah Pasdaran”
Xəbər Şəkli

İlham Əliyevə bu rıçağı vermək olmaz - “Sepah Pasdaran”

15 September 2025, 09:14
Siyasət

Bakıdan keçən İran-Rusiya qaz kəməri bağlanıb.

Bu barədə SEPAH-a bağlı “Sepah Pasdaran” Teleqram kanalı yazır.

Kanalın məlumatına görə, İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Rusiya qazının tranziti məsələsini yenidən gündəmə gətirib.

“Mütəxəssislər vurğulayırlar: Gürcüstan-Ermənistan marşrutu xeyli qısadır və daha yüksək ötürmə qabiliyyətinə malikdir.

Xəbərdarlıq edilir: İlham Əliyevə bu qaz layihəsini Zəngəzur dəhlizinin təşviqi rıçağına çevirməsinə imkan verilməməlidir.

Enerji təkcə iqtisadiyyat deyil, həm də regionda böyük geosiyasi oyunun bir hissəsidir”, - kanal vurğulayıb.

BakuPost