Müsavat Partiyasının başqanı İsa Qəmbərin ölkədən çıxışına məhdudiyyət qoyulub.
Bu barədə İ.Qəmbər özü məlumat yayıb.
O bildirib ki, məhdudiyyətin səbəbi açıqlanmayıb: “Bu gün - 21 noyabrda Berlində önəmli bir konfransa dəvətli idim. Bu gecə saat 4-ə uçaq biletim var idi. Hava alanında uçuşumu əngəllədilıər. Heç bir izahat vermədilər. Konfransa uğurlar arzulayıram”.