Sosial şəbəkədə biz:
Lalə Şövkətdən “Ramiz Mehdiyev işi”nə REAKSİYA
Xəbər Şəkli

Lalə Şövkətdən “Ramiz Mehdiyev işi”nə REAKSİYA

09 December 2025, 16:46
Siyasət

Azərbaycan Liberal Partiyasının (ALP) Lalə Şövkət Prezident Administrasiyasının sabiq rəhbəri, vətənə xəyanətdə təqsirləndirilən akademik Ramiz Mehdiyevlə bağlı rəy bildirib.

Vaxtilə Azərbaycan dövlət katibi vəzifəsini icra etmiş Lalə Şövkətin mövzuya münasibəti lakonik olub:

“İstintaq yekunlaşmayınca, heç nə demək mümkün deyil”.

Xatırladaq ki, Lalə Şövkət Ramiz Mehdiyevdən əvvəl vəzifədə işləyib. O, 1993-cü il iyulun 7-də Azərbaycan Respublikasının dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında isə istefa verib.

Ramiz Mehdiyev isə 7 fevral 1995-ci ildən – 23 oktyabr 2019-cu ilədək Prezident Administrasiyasının rəhbəri olub.

Akademik Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon Məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib.

Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Modern.az