Sosial şəbəkədə biz:
Paşinyan Prezident İlham Əliyevə yük tranzitinin bərpasına görə təşəkkür etdi
Xəbər Şəkli

Paşinyan Prezident İlham Əliyevə yük tranzitinin bərpasına görə təşəkkür etdi

22 December 2025, 08:16
Siyasət

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycan ərazisindən Ermənistana yük tranzitinin blokdan çıxarılmasına və ikitərəfli ticarət üçün şərait yaradılmasına görə təşəkkür edib.

Paşinyan bu barədə Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında bildirib.

Paşinyan qeyd edib ki, bu addım regionda sülh və sabitliyin möhkəmləndirilməsi baxımından mühüm nailiyyətlərdən biridir. 

APA