Pezeşkianın dilindən Azərbaycan zərb-məsəli: “Qan axmaz”
Prezident Məsud Pezeşkian son çıxışında Azərbaycan zərb-məsəlini işlədib.
Milli Kəndlər və Köçərilər Günü münasibəti ilə keçirilən tədbirində deyib:
"Biz bütün problemlərin öhdəsindən gücümüzlə gələcəyik. Biz bütün böhranlardan elmlə, birliklə, hikmətlə qalib çıxacağıq". pizza mizza
Bundan sonra o, Azərbaycan türkcəsində zərb-məsəli nümunə çəkib: "Göz yaşına baxan olsa qan axmaz".
Məsud Pezeşkian İsrailin cinayətlərini qınayaraq deyib: "Gözünü pula, gücə bağlamış saxta insan haqları iddiaçıları heç bir zülmün qarşısını almayacaqlar".