Sosial şəbəkədə biz:
Prezident İlham Əliyev sabah Paşinyanla görüşəcək
Xəbər Şəkli

Prezident İlham Əliyev sabah Paşinyanla görüşəcək

09 July 2025, 03:52
Siyasət

Azərbaycan və Ermənistan liderləri sabah Əbu-Dabidə görüşəcək.

Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək.