Sosial şəbəkədə biz:

Putin: "Hər şey Qarabağdan başladı, Gümrüdəki hərbi bazadan..."

Putin: "Hər şey Qarabağdan başladı, Gümrüdəki hərbi bazadan..."
Xəbər Şəkli
02 September 2026, 07:50
Siyasət

Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında Qarabağ və Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Putin Qarabağ məsələsinə toxunaraq bildirib:

“Mən yaxın keçmişi qurdalamaq istəmirəm, amma hər şey Qarabağdan başladı – erməni tərəfi onu Azərbaycanın bir hissəsi kimi tanıyanda”.

Rusiya Prezidenti bildirib ki, Qarabağ ətrafında vəziyyətin nizamlanmasının Ermənistan üçün müsbət tərəfləri də var. Onun sözlərinə görə, artıq bu səhifəni çevirmək, infrastrukturu blokadadan çıxarmaq, sərhədləri açmaq və investisiyaların qarşısındakı maneələri aradan qaldırmaq mümkündür.

“Ermənistan Qarabağı rəsmən Azərbaycanın bir hissəsi kimi tanıdı. Biz nə etməli idik? Azərbaycanın daxili işlərinə qarışmalı idik?” - deyə Rusiya Prezidenti bildirib.

Putin bununla Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ məsələsində Rusiyanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətsizliyi ilə bağlı iradlarına münasibət bildirib.

Rusiya Prezidenti vurğulayıb ki, Ermənistanın Qarabağı Azərbaycanın ərazisi kimi tanımasından sonra Moskvanın bu məsələyə müdaxilə etməsi Azərbaycanın daxili işlərinə qarışmaq anlamına gələrdi.

Putin eyni zamanda bildirib ki, Rusiya Qarabağdakı erməni əhalisinin hüquqlarının təmin olunmasına kömək etməyə hazır olan yeganə tərəf olub.

Putin Gümrüdə yerləşən Rusiya hərbi bazasının gələcəyi ilə bağlı isə belə deyib:

“Əgər Ermənistan hesab edirsə ki, Rusiya bazası ona lazım deyil, biz sabah belə çıxarıq. Amma Ermənistan buna hazırdırmı?”

Musavat.com