Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi “müasir və ziyalı insan” adlandırıb.
Putin bu barədə Qarabağ ətrafında baş verən hadisələrdən danışarkən bildirib.
Rusiya Prezidenti qeyd edib ki, Qərb ölkələri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və orada yaşayan erməni əhalisinin hüquq və maraqlarının təmin ediləcəyini bildirirdilər.
“Prezident Əliyev Qarabağın erməni əhalisinə pis heç nə etməyəcək. O, müasir, ziyalı insandır. Onların maraqlarını təmin etməyə çalışacaq, buna yüz faiz əminəm. Amma onlar yenə də orada qalmayacaqlar. Belə də oldu”, – deyə Putin bildirib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi ilə bağlı Rusiyanın irəli sürdüyü təkliflərdən özü imtina edib.
APA