Sosial şəbəkədə biz:
Qazaxıstan Prezidenti: Bu gün Azərbaycanın bizim formata qoşulmasına dair tarixi qərar qəbul etdik
Xəbər Şəkli

Qazaxıstan Prezidenti: Bu gün Azərbaycanın bizim formata qoşulmasına dair tarixi qərar qəbul etdik

16 November 2025, 11:09
Siyasət

Bu gün Azərbaycanın tamhüquqlu iştirakçı qismində bizim formata qoşulmasına dair tarixi qərar qəbul etdik.

Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün “Mərkəzi Asiya+Azərbaycan” formatında iclasında bildirib. 

Kasım-Jomart Tokayev əmin olduğunu bildirib ki, Azərbaycan bu yeni formatda regional əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcək.