Quru sərhədlərin açılması barədə vacib AÇIQLAMA
“Sərhədlərin açılması ilə bağlı danışıqlar aparılır”.
Bakupost.az “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Ərdəbilə səfəri zamanı deyib.
“Sərhəd nəqliyyatı və rahat keçid şəraiti hər iki ölkənin vətəndaşlarının rifahı üçün vacibdir. Sərhədlərin açılması, gediş-gəlişin asanlaşdırılması İran və Azərbaycan arasında münasibətlərin normallaşmasına və daha da möhkəmlənməsinə səbəb olacaq”.