Sosial şəbəkədə biz:
Tahir Rzayevdən Mehdiyevin həbsinə reaksiya — "Özlərini toxunulmaz bilirlər"
Xəbər Şəkli

Tahir Rzayevdən Mehdiyevin həbsinə reaksiya — "Özlərini toxunulmaz bilirlər"

16 October 2025, 08:34
Siyasət

"Vəzifəsindən, mövqeyindən, keçmiş xidmətlərindən asılı olmayaraq hər kəs Azərbaycan qanunları qarşısında cavabdehdir"

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib. O bildirib ki, fəaliyyətində nöqsanlara yol verən, dövlət siyasətini dəstəkləməyən və ona xəyanət edən hər bir kəs cavab verməlidir:

"Belə adamlar cinayət məsuliyyətinə cəlb edildikdə, keçmiş xidmətlərinə arxalanır, yaxud özlərini həddindən artıq toxunulmaz hiss edirlər.

Bu gün Ramiz Mehdiyev öz əməllərinə görə qanun qarşısına çıxarılıbsa, bu, müvafiq qurumların uğurudur. Əgər başqa şəxslər də varsa, məsuliyyətə cəlb edilməli və  layiqli cəzalarına çatmalıdılar".