Taleh Qaraşovun oğlu general oldu - FOTO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.
Prezidentin Sərəncamı ilə 3 nəfərə “general-mayor” ali hərbi rütbəsi verilib.
General rütbəsi verilən polkovnik Seymur Qaraşov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.
Qeyd edək ki, Seymur Qaraşov FHN-nin Daxili təhlükəsizlik Baş idarəsinin rəisidir.