TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edildi
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov İcraçı direktor vəzifəsindən azad edilib.
TƏBİB-in yaydığı məlumatda bildirilib ki, Müşahidə Şurasının digər qərarı ilə İcraçı direktor vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.
Vüqar Qurbanov 2016–2018-ci illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri, 2018-ci ildən isə Tibbi iddialar departamentinin rəhbəri olub. 2021–2022-ci illərdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edib. 2022-ci il sentyabrın 8-dən isə TƏBİB-in İcraçı direktoru təyin edilmişdi.
Yeni müvəqqəti rəhbər Anar İsrafilov bir sıra dövlət və özəl tibb müəssisələrində uşaq nefroloqu kimi çalışıb. 2006–2022-ci illər ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə işləyib, nazirin köməkçisi və Səhiyyə Nazirliyinin Səhiyyə Təşkili şöbəsinin müdiri olub.