Sosial şəbəkədə biz:

Uolts: Azərbaycanın "Avraam Sazişləri"nə qoşulması geosiyasi mənzərəni dəyişəcək

Azərbaycan yaxın zamanda “Avraam Sazişləri”nə (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlərə) qoşulması geosiyasi mənzərəni dəyişəcək.

Bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd Mayk Uolts Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.

"Azərbaycan təkcə Birləşmiş Ştatlarla yaxınlaşmağa deyil, eləcə də Ermənistan və İsraillə sazişlər bağlamağa (İbrahim sazişlərinə qoşulmaq - red.) çalışır. Bu, nəinki Amerika biznesi üçün geniş kommersiya imkanları açacaq, həm də geosiyasi mənzərəni dəyişəcək", - o vurğulayıb.

Qeyd edək ki, dinləmələrdə Uoltsun ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizədliyinə baxılıb. O, əvvəllər Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri olub, lakin husilərə zərbələrlə bağlı gizli planların müzakirəsi ilə bağlı qalmaqaldan sonra vəzifəsindən uzaqlaşdırılıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol