Sosial şəbəkədə biz:
Yeganə qadın general işdən azad olunur?
Xəbər Şəkli

Yeganə qadın general işdən azad olunur?

16 February 2026, 16:26
Siyasət

Fövqəladə Hallar Nazirliyində kadr islahatları gedir.

NOCOMMENT.az xəbər verir ki, Kadr Siyasəti Baş İdarəsinin rəisi general-mayor Şirinova Sevda Azər qızı da işdən azad olunur. Bununla bağlı nazir Kəmaləddin Heydərovun əmir imzalayacağı bildirilib.

Qeyd edək ki, 13 dekabr 2010-cu il tarixli Prezident sərəncamı ilə Sevda Şirinovaya general-mayor rütbəsi verilib və bununla da o, Azərbaycan dövlət idarəçiliyində general rütbəsi alan qadın kimi tarixə düşüb.