Sosial şəbəkədə biz:

Tuqay meşələri məhv olur: "Kürqırağı fermalar prosesi sürətləndirir"

Tuqay meşələri məhv olur: "Kürqırağı fermalar prosesi sürətləndirir"
Xəbər Şəkli
04 August 2026, 08:42
Sosial

"Qədim meşələrimizdən olan Tuqay meşələri tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzədir".


Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev deyib.


Onun sözlərinə görə, Tuqay meşələrinin məhv olmasının əsas səbəblərindən biri Kürqırağı ərazilərdə heyvandarlıq fermalarının salınmasıdır:


"Bu barədə dəfələrlə məqalələr yazmışam. Hətta onlardan birinin başlığı belə idi: "Molla Pənah Vaqifin Kür qırağının əcəb seyrəngahı varmı?". Həmin yazı vaxtilə böyük rezonans doğurmuşdu. Təəssüf ki, bu gün o gözəllikdən əsər-əlamət qalmayıb. Kür qırağında mal-qara saxlamaq üçün yaradılan fermalar Tuqay meşələrinin tamamilə məhv olmasına səbəb olur".

 

Ekoloq bildirib ki, meşələrdə ilboyu qanunsuz mal-qara otarılması ekosistemə ciddi ziyan vurur:

"Mal-qaranın nəzarətsiz otarılması nəticəsində ağaclar məhv olur, onların yerini kol-kos basır. Vaxtilə Tuqay meşələrinə xüsusi gözəllik verən  qovaq ağaclarının sayı da xeyli azalıb".


Xosrov Musayev hesab edir ki, Tuqay meşələrinin qorunması üçün dövlət qurumları nəzarəti gücləndirməlidir:


"Bununla yanaşı, Tuqay meşələrindən mal-qara çıxarılmalı, həmin ərazilərdə fəaliyyət göstərən fermalar ləğv edilməli və meşələr qoruq statusu almalıdır".