Sosial şəbəkədə biz:
10 ildir plana düşən ərazidə dağıntı və söküntülərin arasında yaşayırlar
Xəbər Şəkli

10 ildir plana düşən ərazidə dağıntı və söküntülərin arasında yaşayırlar

24 May 2026, 00:31
Cəmiyyət

Yuxarıda çoxmərtəbəli təzə tikili binalar, ətraf isə söküntü və dağıntı içərisində. Ərazi də ümumilikdə hasara alınıb. Bu ailələr uzun illərdi ki, burda yaşayır. Onlar deyirlər ki, hər şey 2016-cı ildə başlayıb.

Sakinlər deyirlər ki, şirkətin təklif etdiyi məbləğlə razılaşmayıblar.

Ərazidə yaşayan sakinlər iddia edirlər ki, şirkət onlara məxsus ərazini düzgün ölçmür. Həmçinin "Grand Plaza" MTK dəfələrlə onları məhkəməyə verib.

Məsələ ilə əlaqədar "Grand Plaza" MTK-nın rəsmisi Ramilə Bağırova "Xəzər Xəbər"ə bildirib ki, onlar əksinə, sərəncamın həyata keçirilməsinə şərait yaradılmasında maraqlıdırlar.

Hüquqşünasın iddiasına görə, sakinlərin bəziləri bazar qiymətindən dəfələrlə artıq pul tələb edir, buna görə də razılaşma mümkün olmur. Nəsimi rayon İcra Hakimiyyətindən isə sorğumuza cavab verilmədi.