Sosial şəbəkədə biz:

Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər

Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
Xəbər Şəkli
28 October 2026, 08:08
Cəmiyyət

Mərhum Əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova ailəsində yaşanan problemlərdən danışıb.

O, bu barədə “MTV Maqazin”ə açıqlamasında bəhs edib. Zümrüd bacıları ilə münasibətlərinin pozulduğunu və onlardan imtina etdiyini bildirib:

“İnciyəndə barışmaq olur. Küsmüşəm, demişəm, qətiyyən... Aygün, anam, atam gedib, hamımız başsız qaldıq, ailəmiz darmadağın oldu. Aygünün qoyub getdiyi ailə başqa oldu. Məni sıxdılar, pislər yığışdı, yaxşını təklədilər. Mən də bacılarımdan imtina etdim. Demişəm, nə ölülərinə getmərəm, nə də ölümə gəlməsinlər”.