Sosial şəbəkədə biz:

Bu il 100 yeni dövlət standartı qəbul edilib

Bu ilin I yarısında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Sandartlaşdırma İnstitutu (AZSTAND) 100 yeni dövlət standartı qəbul edib.

Azinforum.az AZSTAND-a istinadən xəbər verir ki, bu normativ sənədlər müxtəlif sahələr üzrə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.

O cümlədən, yanvar-iyun aylarında qida texnologiyası və kənd təsərrüfatı üzrə 29, tikinti materialları üzrə 9, informasiya, telekommunikasiya və elektrotexnika sahələri üzrə 17, neft-qaz və əlaqəli texnologiyalar üzrə 9, ətraf mühit üzrə 9, nəqliyyat sahəsi üzrə 6, idarəetmə və keyfiyyət üzrə 2, rezin və plastik sənaye üzrə 2, zərgərlik sahəsi üzrə 1, tekstil və dəri texnologiyası üzrə 16 dövlət standartı qəbul edilib.

Bundan başqa, 6 ay ərzində 50 dövlət standartının dövrü yoxlanılması aparılıb və ya dəyişikliklər edilib, 44 dövlət standartı ləğv edilib.

Sahibkarların sifarişi əsasında 68 texniki şərt hazırlanıb və ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol