Sosial şəbəkədə biz:

Məhkumlara qadağan olunan əşyaların verilməsi cinayət məsuliyyəti yaradır – RƏSMİ

Məhkumlara qadağan olunan əşyaların verilməsi cinayət məsuliyyəti yaradır – RƏSMİ
Xəbər Şəkli
29 August 2026, 09:40
Cəmiyyət

Bəzi hallarda vətəndaşlar tərəfindən penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsinə və ya ötürülməsinə cəhd göstərilir.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində belə cəhdlərdən daha biri aşkarlanaraq qarşısı alınıb.
Belə ki, Bakı istintaq təcridxanasında həbs edilmiş şəxs üçün tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən bir cüt ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd mobil telefon və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.