Sosial şəbəkədə biz:

Putin və Paşinyan Ermənistanın Avropaya inteqrasiyası məsələsini müzakirə edəcəklər - Uşakov

Putin və Paşinyan Ermənistanın Avropaya inteqrasiyası məsələsini müzakirə edəcəklər - Uşakov
Xəbər Şəkli
29 August 2026, 08:48
Dünya

İrəvanın Avropaya inteqrasiyası məsələsi Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşün mövzularından biri olacaq.

Rusiya mediası xəbər verir ki, bu barədə ölkə Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsindəki əməkdaşlıqdan böyük faydalar əldə edərək, eyni zamanda Avropa İttifaqına üzv olmağa can ata bilməz. Bu məsələni hansısa yolla həll etmək lazımdır və prezidentlə baş nazir, şübhəsiz ki, bu barədə danışacaqlar", - Uşakov bildirib.