Sosial şəbəkədə biz:

Milli Qəhrəman Ehtiram Əliyevin həyatı təhlükə altındadır — 13 Milli Qəhrəman Prezidentə müraciət edib

Milli Qəhrəman Ehtiram Əliyevin həyatı təhlükə altındadır — 13 Milli Qəhrəman Prezidentə müraciət edib
Xəbər Şəkli
07 November 2026, 13:09
Cəmiyyət

Azinforum.az xəbər verir ki, Azərbaycanın 13 sağ Milli Qəhrəmanı döyüş yoldaşları Ehtiram İsrayıl oğlu Əliyevin səhhətinin ağırlaşması və həyatının ciddi təhlükə altında olması ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətdə ailəsinin verdiyi məlumata istinadən bildirilir ki, Ehtiram Əliyev səhhətində yaranmış ciddi problemlər səbəbindən xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağırlaşması üzündən reanimasiya şəraitində müalicəyə ehtiyac duyub.

Milli Qəhrəmanlar Prezidentdən Ehtiram Əliyevin müalicəsinin xüsusi nəzarətə götürülməsini, zəruri tibbi imkanların səfərbər olunmasını və yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsini xahiş ediblər. Müraciətdə, tibbi göstərişlər olacağı təqdirdə, onun ixtisaslaşmış tibb müəssisəsinə köçürülməsinə, ailəsinin mütəmadi məlumatlandırılmasına və zəruri ehtiyaclarının qarşılanmasına dəstək göstərilməsi də qeyd olunub.

Müraciətdə Ehtiram Əliyevin Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə göstərdiyi xidmətlər vurğulanıb. Bildirilib ki, onun sağlamlığına qovuşaraq ailəsinə və döyüş yoldaşlarına dönməsi Milli Qəhrəmanların ən böyük arzusudur.

Müraciət Azərbaycanın Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin İdarə Heyətinin sədri Elşən Uluxanlının imzası ilə təqdim olunub.