“Rafaellə uzun illərdir dostuq, şişirtməyə ehtiyac yoxdur”
“Rafaellə bizim uzun illərdir davam edən dostluğumuz var. Əslində partiyadaxili Nizamnaməni də pozmayıb, parlamentdə baş verən bir hadisədir”.
Bunu “Qafqazinfo”ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı Milli Məclis sədrinin müavini, sözügedən partiyadan olan deputat Rafael Hüseynova töhmət verilməsi məsələsinə münasibətində bildirib.
“Bunu şişirtməyə heç bir ehtiyac yoxdur. İstefa verməsi ilə bağlı isə belə bir şey yoxdur. İstefa olacaq-olmayacaq, mən bilmirəm. Sadəcə bizdə belə bir məlumat yoxdur. Töhmət də partiyanın Nəzarət-təftiş komissiyasının üzvlərinin fikri olub. Siyasi Şurada qərar qəbul olunub ki, bu məsələ bağlansın”, - deyə S. Rüstəmxanlı əlavə edib.
Qeyd edək ki, Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat Rafael Hüseynov parlamentdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsdiyi üçün VHP vitse-spikerə töhmət verib və buna görə də onun partiyadan istefa edəyəcəyi ilə bağlı bir sıra məlumatlar yayılıb.