Vətən müharibəsi iştirakçısı vəfat etdi
Gəncədə 44 günlük Vətən müharibəsi iştirakçısı olan 1987-ci il təvəllüdlü Aslan Yevgeni oğlu Zeynalov vəfat edib.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, mərhum 1992-ci ildə Birinci Qarabağ müharibəsində itkin düşən Yevgeni Zeynalovun oğludur.
Ailə üzvlərini itirən Aslan Zeynalovun bir övladı yadigar qalıb.
Aslan Zeynalov Gəncə şəhər Şəhidlər xiyabanı kompleksindəki qəbiristanlıqda torpağa tapşırılıb.