Sosial şəbəkədə biz:
ABŞ-dan asılılıq etirafı: Meloni açıq dedi – “Güclü deyilsənsə, sözün keçmir”
Xəbər Şəkli

ABŞ-dan asılılıq etirafı: Meloni açıq dedi – “Güclü deyilsənsə, sözün keçmir”

12 January 2026, 08:58
Dünya

İtaliyanın baş naziri Giorgia Meloni Qərb–ABŞ münasibətləri və qlobal güc balansı ilə bağlı son dərəcə sərt, ironiyalı və düşündürücü açıqlama verib.

Meloni geosiyasətin emosional reaksiyalarla yox, real güclə ölçüldüyünü vurğulayaraq Avropanın mövcud vəziyyətini açıq şəkildə sual altına qoyub.

Baş nazirin ritorik sualları diqqət çəkib: “Nə etməliyik? Amerika bazalarını bağlamalıyıqmı? Ticarət münasibətlərini pozmalıyıq? McDonald's-a hücum etməliyik? Açığı, nə etməli olduğumuzu bilmirəm”.

Meloninin fikrincə, hansısa beynəlxalq addım xoşumuza gəlmirsə, amma ona qarşı real təsir mexanizmlərimiz yoxdursa, bu artıq acı bir həqiqəti ortaya qoyur: “Əgər ABŞ-ın hansısa addımı xoşumuza gəlmirsə və ona qarşı heç nə edə bilmiriksə, deməli zəifik. Bu acı həqiqətdir. Ona görə də güclü olmaq lazımdır”.

Bu açıqlama Avropada strateji müstəqillik, ABŞ-dan asılılıq və Qərbin gələcək güc arxitekturası ilə bağlı gedən müzakirələr fonunda açıq xəbərdarlıq və etiraf kimi dəyərləndirilir. Meloninin mesajı aydındır: geosiyasətdə etiraz yox, güc həlledicidir. Musavat.com