ABŞ-də aralıq seçkilərində demokratlar müəyyən uğur qazanıblar
Ötən il Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra bu il noyabrın 4-də ABŞ-də baş tutan seçkilərdə demokratlar bir sıra qələbələrə imza atıblar.
“BBC” telekanalının iddiasına görə, demokratların ölkə boyu inamlı qələbələr qazandığı məlum olub. Bir il əvvəl səslərin sağ cəbhəyə (respublikaçıalr) keçdiyi rayonlar bu il yenidən istiqamətini solçulara tərəf (demokratlar) dəyişib. “Exit-poll”arın nəticələri demokratların hətta kollec təhsili olmayan seçicilər arasında da nüfuzunu yaxşılaşdırdıqlarını göstərir.
Xüsusilə, Zöhran Məmdaninin Nyu-York meri seçkilərində, Demokratlar partiyasının namizədlərinin isə Nyu-Cersi və Virciniya ştatlarında keçirilən qubernator seçkilərində böyük fərqlə qalib gəldiklərinə diqqət yetririlir.
Aralıq seçkilərinin nəticələrinin ənənəvi olaraq aralıq və prezident seçkiləri üçün barometr hesab edildiyi Virciniyada demokratlar respublikaçıların əlindən Nümayəndələr Palatasında 13 yeri alaraq, təxminən son 40 ildə ən böyük əksəriyyəti təmin ediblər. Buada qubernator seçkilərində isə keçmiş konqresmen və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) zabiti, demokrat Ebiqeyl Spanberger qubernator qalib gələrək ştata rəhbərlik edən ilk qadın oldu.
“Spenberger ştatın şəhərətrafı və ucqar ərazilərində ən çox səs toplayıb. Bu ərazilər bir vaxtlar Donald Trampa qarşı demokratik müqavimətin qalaları olub, lakin Co Baydenin rəhbərliyi dövründə Respublikaçılar partiyasına doğru meyllənməyə başlayıb”, - “Poiltico” nəşri yazır.
Ebiqeylin demokrat həmkarı Qazala Haşmi vitse- qubernator kreslosunu tutaraq Amerika tarixində ştat səviyyəsində keçirilən seçkilərdə qalib gələn ilk müsəlman qadın oldu. Demokrat Cey Jons isə, media orqanları onun aqressiv mətn mesajlarını dərc etdikdən sonra kampaniyasının son mərhələsində üzləşdiyi qalmaqala baxmayaraq, ştatın baş prokurorluq yarışında qalib gəlib.
Kaliforniyada seçicilər ştatın konstitisiyasında dəyişikliklərin edilməsi təklifini dəstəkləyiblər. Bu düzəliş dairələrin sərhədlərinin dəyişdirilməsini və yeni xəritələrin qüvvəyə minməsini nəzərdə tutur ki, bu da 2026-cı il seçkilərində demokratlara ABŞ-nin Nümayəndələr Palatasında beş əlavə yer qazanmağa imkan verəcək. Əslində bu düzəliş Vaşinqtonda beş əlavə yer əldə etmək ümidi ilə yayda rayon sərhədlərini artıq dəyişdirmiş Texas ştatına Kaliforniyanın cavabı idi.
Pensilvaniyada seçicilər Ali Məhkəmənin üç demokrat hakiminin saxlanmasına səs veriblər. Demokratlar Apellyasiya Məhkəməsi və İnzibati Məhkəməyə keçirilən növbədənkənar seçkilərdə də qalib gəliblər. Bir il əvvəl Trampın az fərqlə qalib gəldiyi Pensilvaniya ştatının Baks dairəsində demokratlar bütün əsas yarışları udaraq, ilk dəfə bir demokratı rayon prokuroru seçiblər və hazırkı respublikaçı şerifi hakimiyyətdən uzaqlaşdırıblar.
Bundan əlavə, demokratlar 50 ildə ilk dəfə Nyu-York ştatının Sirakuza şəhərinin daxil olduğu Onondaqa qraflığının qanunverici orqanında nəzarətə yiyələniblər. Şimali Karolina ştatının Şarlotta şəhərində isə 1999-cu ildən bəri ilk dəfə bir şəhər şurasında yerlərdən biri respublikaçılardan demokratlara keçib.
Təxminən son 20 ildə isə, ilk dəfə olaraq demokratlar Corciya ştatında keçirilən seçkilərdə qalib gəliblər: onların iki namizədi Dövlət Qulluğu Komissiyasında uğur qazanaraq bu yerləri respublikaçılardan alıblar.
AzVision.az