Sosial şəbəkədə biz:
Ərdoğan: "Suriyanın bölünməsinə icazə verməyəcəyik"
Xəbər Şəkli

Ərdoğan: "Suriyanın bölünməsinə icazə verməyəcəyik"

18 July 2025, 01:03
Dünya

"Suriyanın bölünməsinə qətiyyən icazə verməyəcəyik".

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı bildirib.

"Sərhədlərimiz daxilindəki kürdlər kimi, Suriyadakı kürdlər də bizim qardaşlarımızdır. Biz bu torpaqlarda ev sahibiyik. Qonşumuz Suriyanın ərazi bütövlüyünün, milli birliyinin və multikultural kimliyinin qorunması siyasətimizin təməlidir", - deyə o bildirib.