Ərdoğan Trampla Venesueladakı vəziyyəti müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.
Türkiyə dövlət başçısı bunu prezident kabinetinin iclasından sonra açıqlayıb.
Türkiyə lideri Vaşinqton administrasiyası rəhbərinə Venesueladakı qeyri-sabitliyin qəbuledilməz olduğunu bildirib:
"Trampla telefon danışığında ölkəmiz üçün həssas məsələlərlə bağlı mövqeyimizi çatdırdıq. Vurğuladıq ki, Venesuela qeyri-sabitliyə cəlb olunmamalıdır", - deyə Ərdoğan qeyd edib.